Tarixi derbi - Vikipediya “Neftçi” cari mövsümdə “Şamaxı” (1:0), “Kəpəz” (5:2), “Sabah” (1:2), “Zirə” (2:1) və “Sumqayıt”la (3:0) üz-üzə
“Qarabağ” və “Qəbələ”nin çempionluq mübarizəsinə bu ildən “Zirə”də qoşulub və açığı, kifayət qədər problem ola biləcəyinin siqnalını artıq verib. Məsələn, qəsəbə təmsilçisi səfərdə “Qəbələ”dən xal almağı bacarıb. Ayxan Abbasovun komandası növbəti turda “Qarabağ”la görüşdə uğurlu nəticə əldə etsə, bu artıq sürpriz sayılmamalıdı. Daha üç komanda – “İnter”, “Sumqayıt” və “Səbail” indiki məqamda avrokuboklara sonuncu vəsiqə, yəni 4-cü yer uğrunda mübarizə aparırlar. İlk ikisinin əvvəldən buna iddialı olacağı bəlli idisə, debütant gözləniləndən güclü çıxdı.
“Neftçi” düzələcək.. bəs “Kəpəz”? (LAYİHƏ)26. 09. 2017 11:46 Paylaş: AFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə "Ölkə futboluna güzgü tutaq" mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız yazıları davam etdirir. Topaz Premyer Liqasında I dövrə sona yaxınlaşır. Artıq 6 turun oyunları geridə qalıb. Çempionatın ümumi mənzərəsinə nəzər saldıqda, 8 komandadan 6-nın az-çox bir-biriylə rəqabət içində olduğunu görürük. Daha dəqiqi, klubları şərti olaraq, ilk “üçlük”, ikinci “üçlük” və son “ikilik” kimi bölə bilərik. Bu, ilk növbədə komandaların göstərdiyi nəticələr və turnir cədvəli əsasında kəskin şəkildə nəzərə çarpır.
Gözlənilənlər özünü doğrultdu da. 6 turdan sonra “Kəpəz” yalnız 1 xal toplaya bilib. 2 qol vuran Şahin Diniyevin komandası öz qapısında 11 top görüb. Komanda 6 matçın 4-də meydanı qol vurmadan tərk edib. Keçən mövsüm "Kəpəz"də əsas yükün legionerlərin üzərinə düşdüyünü qeyd etdik. Onların əvəzinə gətirilənlərin çıxışına diqqət yetirək. Müdafiəçi Dedimar Ferreyra 6 oyunun 5-də 90 dəqiqə meydanda olub. 25 yaşlı futbolçu yalnız son matçda meydanda olmayıb, deməli, bir müdafiəçi kimi buraxılan 10 qola şahidlik edib. Ümumiyyətlə, Dedimar Ferreyra keçən mövsüm “Kəpəz”də müdafiə xəttinin lideri olan Renan Alveşlə müqayisəyə gəlməyəcək qədər zəif futbolçu təsiri bağışlayır.
“Neftçi” düzələcək.. bəs “Kəpəz”? (LAYİHƏ) - FutbolPress Futbol üzrə Azərbaycan çempionatının 13-cü turu çərçivəsində noyabrın 27-də Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Neftçi” oyununda xoşagəlməz
“Zirə” və “Qəbələ” kimi rəqibləri bir hissə təzyiqdə saxlamaq adi göstərici deyil. Bir məqamı da qeyd edək ki, ilk 4 turda 1 qolu (avtoqol) olan “ağ-qaralar” son iki matçda rəqib qapılarına iki dəfə yol tapa biliblər. Komandanın ən böyük problemi müdafiə xəttiylə bağlıdı. Rəqib hücumları zamanı arxa xətt oyunçularının olduqca ləng, süst görünməsi, az qala hər hücumun qapıya zərbə ilə tamamlanması komandada görünən ilk çatışmazlıqdı. Bunda sözsüz ki, orta xətt oyunçularının – Rəşad Sadiqov və Derlis Meza Kollinin formada olmamasının da təsiri olmamış deyil. Bunun səbəbi isə onların hər ikisinin “Neftçi”yə gələnə qədər bir müddət futbolsuz qalmasıdı.
Ferreyra kimi Sergey Çernışev də 5 oyunda meydanda olub. Rusiyalı futbolçu bunların 2-də start heyətdə başlayıbsa, 3 dəfə sonradan meydana daxil olub. 27 yaşlı yarımmüdafiəçi ümumilikdə 195 dəqiqə oynamaq imkanı qazanıb. Meydanda çox görünmədiyi üçün necə futbolçu olması haqda fikir bildirmək çətindi. Ancaq Çernışevin əsas işi olan irəli xətt oyunçularını topla təmin etməkdə xüsusi bacarıq göstərdiyini demək olmaz. Bir çox hallarda fərdi oyuna üstünlük verən futbolçunun lazımsız yerlərdə özünü çətinə saldığı da müşahidə edilib. Çernışevdən fərqli olaraq Samba Diallo meydanda daha çox yer alıb.
Yayda klub rəhbərliyinin gedən futbolçuların yerini doldurmaq üçün ciddi səylər edəcəyi gözlənsə də, bunun əksi müşahidə olundu. Əsasən digər Premyer Liqa klublarına lazım olmayan/əvəzedici heyətdə yer alan, ya da I Diviziondan oyunçular cəlb olunan komandaya yalnız hazırlığın Türkiyə mərhələsində 4 legioner qoşuldu: Sergey Çernışev, Dedimar Ferreyra, Viktor Oseqeyl və Samba Diallo. Yeni mövsümün startından əvvəl də heyətdəki bu cür dəyişikliklərin fonunda müşahidə olunan zəifləmənin komandanın oyununa mənfi təsir edəcəyini müəyyənləşdirmək çətin deyildi.
Premyer Liqada vəziyyətləri narahatlıq doğuran komandalar isə “Neftçi” və “Kəpəz”di. Mövsümə olduqca bərbad başlayan kollektivlər qələbə nə olduğunu bilmirlər və 1 xalla son iki yeri bölüşdürürlər. “Neftçi” və “Kəpəz”in mövcud vəziyyətinə daha detallı nəzər yetirək... “Neftçi” Ölkənin ən yaşlı klubu, son illərdə uğursuzluq zolağından çıxa bilməyən, keçən mövsümü tamamilə itirən “Neftçi”də işlər yenidən yolunda getmir. Bakı klubu da 6 matçda yalınız 1 xal toplaya bilib. Cəmi 3 qola sevinən “ağ-qaralar” 9 dəfə məyus olublar.
Ən azı komandanın oyunu hər keçən görüş daha da güclənir, nəticə də yəqin ki, özünü çox gözlətməyəcək. “Kəpəz” "Neftçi" kimi "Kəpəz" də əslində keçən mövsümü uğursuz keçirib. Komanda yalnız son dövrədə yaxaladığı yüksələn qrafiklə ilk “5-liy”ə girə bildi. Hətta “Kəpəz” Avropa Liqasına da iddiaçı idi. Ancaq mövsümün bitimiylə birgə əksər əsas heyət oyunçuları komandadan getdilər: Tural Axundov, Nicat Qurbanov, Orxan Əliyev, Renan Silva, Dario Federiko, Julien Ebah, Serjio Kosta... Xüsusilə son 4 futbolçunun gedişi Gəncə klubuna ciddi zərbə oldu.
"Neftçi" "Kəpəz"ə qarşı, "Qəbələ" "Şamaxı"ya qalib gəldi "Tarixi derbi" — Neftçi və Kəpəz arasında keçirilən Azərbaycan futbol derbisidir. Bu iki komanda arasındakı matç hər zaman Azərbaycan futbol